CEV Çelenc Kuboku: "Ordu" 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb

CEV Çelenc Kuboku: Ordu 1/32 final mərhələsinin cavab görüşündə qələbə qazanıb
İdman 4

Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda da qələbə qazanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Norveçin "Forde VBK" kollektivi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan görüş "Ordunun 3:0 (25:18, 25:18, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında səfərdə baş tutan görüşdə də Azərbaycan təmsilçisi rəqibini 3:0 (25:11, 25:17, 25:19) hesabı ilə üstələmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər