Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisinin futbolçusu Arda Gülər "Real Madrid" klubu ilə müqaviləsinin müddətini uzadıb.
BAKU.WS xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
Arda Gülər 2023-cü ilin iyulunda 18 yaşında "Real Madrid"ə transfer olunub. O, klubda keçirdiyi dörd mövsüm ərzində 126 oyunda meydana çıxıb və 5 titul qazanıb.
Türkiyəli futbolçu "Real Madrid"lə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin Klublararası Dünya Kuboku, UEFA Superkuboku, İspaniya La Liqası və İspaniya Superkubokunu qazanıb.
Qeyd edək ki, Arda Gülər Türkiyə millisinin də üzvüdür. O, milli komandada indiyədək 38 oyun keçirib.
Futbolçu 2025-2026 mövsümündə UEFA Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu mükafatına da layiq görülüb.
Oxşar xəbərlər
PSJ-nin qapıçısı 2026-cı ilin ən yaxşı qolkiperləri siyahısına düşdü
Fransanın PSJ klubunda çıxış edən rusiyalı qapıçı Matvey Safonov 2026-cı ilin ən yaxşı qapıçısı adına namizədlər sırasına daxil edilib. BAKU.WS xəbər verir ki,...