Beyin qocalmasının qarşısını almağın sadə yolu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəxəssis müntəzəm oxumağın beyin sağlamlığının qorunmasına və koqnitiv zəifləmənin ləngiməsinə kömək etdiyini bildirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, neyropsixoloq Kira Makarova mütaliəni demensiya və digər koqnitiv dəyişikliklərin riskini azaltmağa kömək edən vərdişlərdən biri kimi qiymətləndirib.
Onun sözlərinə görə, kitab oxumaq vərdişinin uşaqlıqdan formalaşdırılması vacibdir. Məktəbəqədər yaşlı uşaqlara gündə ən azı bir səhifə oxumaq tövsiyə olunur.
Mütaliə məktəblilərdə təfəkkür və savadlılığın inkişafına, böyüklərdə isə yaddaş, diqqət və nitq qabiliyyətinin qorunmasına müsbət təsir göstərir.
Oxşar xəbərlər
Azərbaycanın üç ABŞ universiteti ilə aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ABŞ-yə səfəri çərçivəsində Oklahoma Dövlət Universiteti, Lenqston Universiteti və Merilend Universitetinin nümayəndələri...