Şəhid ailələri və qazilərin yaşadığı məhəllədə təhlükə: "Uşağı az qala tülkü aparacaqdı"
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkinin Çeşməli kəndində şəhid ailələri və qazilər üçün inşa edilən yaşayış məhəlləsinin sakinləri bir sıra problemlərlə üzləşiblər.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, ərazidə yerləşən 10 binada hazırda 40 ailə yaşayır.
Sakinlər bildirirlər ki, mənzillərə köçdükdən sonra ərazidə abadlıq işlərinin aparılmaması səbəbindən müxtəlif çətinliklərlə üzləşiblər.
Onların sözlərinə görə, ərazidə yollar asfaltlanmayıb, küçə işıqlandırması və uşaqlar üçün oyun meydançası yoxdur. Həmçinin yağışlı havalarda yolların palçığa çevrildiyi, binaların isə nəmişlikdən zərər gördüyü bildirilir.
Sakinlər ərazidə vəhşi heyvanların da olduğunu, xüsusilə, axşam saatlarında bunun uşaqlar üçün təhlükə yaratdığını deyirlər:
"Yayda burada qazi qardaşımızın uşağını gecə az qala tülkü aparacaqdı. Uşaq ağladı, zorla əlindən aldıq. Nə olduğunu da bilmədik".
"Hər yer səhralıqdır, kolluqdur, buralar vəhşi heyvanlarla doludur. Uşaqların günü qara olub".
Məsələ ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Çeşməli kəndində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən yaşayış binalarının həyətlərində mütəmadi olaraq təmizlik işləri aparılır. Həmçinin Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən əraziyə xidmət göstərilir.
Qeyd olunub ki, cari ilin sonunadək yaşayış binalarının həyətyanı ərazilərinin və həmin binalara aparan yolun asfalt-beton örtüklə təmir edilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xocalı soyqırımında səkkiz aylıq hamilə gəlini öldürülən, əsirlikdə ağır işgəncələr görən Salman Abbasov vəfat etdi
Xocalı soyqırımının şahidi, erməni əsirliyində işgəncələrə məruz qalmış Salman Abbasov vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Xankəndi...