Beyin üçün faydalı olan 3 SUPER QİDA
Yeniliklərdən dərhal xəbərdar olun
Həkim Yelena Malışeva beyin sağlamlığı üçün faydalı hesab edilən üç qidanın adını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Malışeva bu barədə Rusiyanın Birinci kanalında yayımlanan "Jit zdorovo!") proqramının efirində danışıb.
Verilişdə kardioloq German Qandelman, oftalmoloq Mixail Konovalov və immunoloq Andrey Prodeus da iştirak ediblər.
Həkimlərin sözlərinə görə, beyin üçün ən faydalı üç məhsul çuğundur, mal qaraciyəri və qəhvədir.
Kardioloq German Qandelman bildirib ki, 100 qram çuğundurun tərkibində orqanizm üçün vacib olan azot oksidinin gündəlik tələbatının üç mislinə bərabər miqdarı mövcuddur. Bu maddə damarların genişlənməsinə kömək edir, qan təzyiqinin aşağı düşməsinə şərait yaradır və beyin sağlamlığına müsbət təsir göstərir.
İmmunoloq Andrey Prodeus isə mal əti qaraciyərinin B qrupu vitaminləri ilə zəngin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu vitaminlər sinir sisteminin fəaliyyətində mühüm rol oynayır və beynin zədələnmədən qorunmasına kömək edir.
Oftalmoloq Mixail Konovalov qəhvənin də beyin üçün faydalı xüsusiyyətlərindən danışıb. O bildirib ki, kofein beyində yorğunluq hissi ilə əlaqəli mexanizmlərə təsir göstərərək insanın ayıqlığını artırır.
Yelena Malışeva gündə üç-dörd fincan qəhvənin yorğunluğun qarşısını almağa kömək edə biləcəyini qeyd edib.
Oxşar xəbərlər
IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Azərbaycanda IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, XI sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur. BAKU.WS report-a istinadə...