Azərbaycan Premyer Liqası: "Zirə" XII turun açılış oyununda "İmişli" ilə heç-heçə edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Zirə" Misli Premyer Liqasının XII turunun açılış oyununda heç-heçə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "İmişli" ilə üz-üzə gəlib.
Yevlax şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qartallar"ın qollarını 44-cü dəqiqədə Davit Volkov, 55-ci dəqiqədə Rikardo Martins vurublar. Meydan sahiblərindən Seyxan Fərəcov 71 və 76-cı dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib.
Xallarının sayını 20-yə çatdıran "Zirə" hələlik dördüncü pillədə qərarlaşıb. "İmişli" 12 xalla səkkizinci sıradadır.
Günün ikinci görüşündə "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.
Oxşar xəbərlər
Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu
Azərbaycanlı döyüşçü Tahir Abdullayev növbəti döyüşü üçün müəyyən edilmiş çəki limitinə düşə bilməyib. BAKU.WS xəbər verir ki, idmançı çəkiölçmə mərasimində təl...