Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu

Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu
Foto
İdman 4

Azərbaycanlı döyüşçü Tahir Abdullayev növbəti döyüşü üçün müəyyən edilmiş çəki limitinə düşə bilməyib.

BAKU.WS xəbər verir ki, idmançı çəkiölçmə mərasimində tələb olunan göstəricini təmin etməyib və artıq çəkisini salmaqdan imtina edib.

Buna baxmayaraq, qarşılaşma ləğv edilməyib və planlaşdırıldığı kimi baş tutacaq. Lakin Tahir Abdullayev döyüş üçün nəzərdə tutulan qazancının bir hissəsindən məhrum olacaq.

Azərbaycanlı idmançının UFC-də ikinci rəqibi avstraliyalı Ceyk Metyus (Jake Matthews) olacaq.

İlk dəfə UFC-nin Bakıda təşkil olunan döyüş gecəsində oktaqona çıxan turnirdə Tahir Abdullayev debütündə braziliyalı Cefferson Nasimentonu məğlub etmişdi.

Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər