Misli Premyer Liqasında XII tura bu gün start veriləcək

Misli Premyer Liqasında XII tura bu gün start veriləcək
İdman 6

Misli Premyer Liqasının XII turunda bu gün iki qarşılaşma keçiriləcək.

BAKU.WS xəbər verir ki, ilk oyunda "İmişli" doğma meydanda "Zirə"ni qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da başlayacaq. "Zirə" 19 xalla turnir cədvəlinin beşinci, "İmişli" isə 11 xalla səkkizinci pilləsində qərarlaşıb.

Günün digər matçında "Sumqayıt" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. "Sabah" 21 xalla ikinci, "Sumqayıt" isə 10 xalla doqquzuncu yerdədir.

Qeyd edək ki, hər iki komandanın ehtiyatda bir oyunu var.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının XII turuna noyabrın 22-də yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər