Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər

Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər
İdman 6

"Bavariya"nın hücumçusu Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər.

BAKU.WS xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu və İngiltərə millisinin kapitanı Harri Keyn sol topuq nahiyəsinin bağlarının qopması səbəbindən sıradan çıxıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, futbolçunun zədəsi tibbi müayinədən sonra təsdiqlənib.

Keyn noyabrın 20-də Bundesliqanın X turunda "Köln"lə keçirilən oyunda (1:1) zədələnib. O, qarşılaşmanın 20-ci dəqiqəsində meydanı tərk etməli olub.

"Sky Sport"un məlumatına görə, hücumçunun təxminən üç ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər