Azərbaycan millisinin futbolçusu İtaliya klubu ilə müqaviləsini uzatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Lorenso Mezzotero İtaliyanın "Sampdoriya" klubu ilə müqaviləsinin müddətini uzadıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı hücumçu ilə yeni anlaşma 2030-cu il iyunun 30-dək qüvvədə olacaq. Müqavilədə klubun istəyi ilə sözləşməni daha bir il - 2031-ci il iyunun 30-dək uzatmaq hüququ da nəzərdə tutulub.
Mezzotero 2024-cü ilin yayından "Sampdoriya"da çıxış edir. Gənc futbolçu bu mövsüm əsas komandada meydana çıxdığı dörd oyunda bir qol vurub. Onun peşəkar karyerasında ilk qolu "Virtus Entella" ilə matçda qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanın U-21 millisində çıxış edən Mezzotero noyabrda ilk dəfə əsas yığmaya da dəvət alıb. Lakin son çempionat matçında zədələndiyi üçün millinin toplanışına qoşula bilməyib.
Qalereya
Oxşar xəbərlər
Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər
"Bavariya"nın hücumçusu Harri Keyn 3 ay yaşıl meydanlardan uzaq qala bilər. BAKU.WS xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu və İngiltərə millisinin kapit...