Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikanın Sinaloa ştatında narkokartel rəhbəri Fausto İsidoronun tutulması məqsədilə keçirilən əməliyyat Quasave şəhərində silahlı qarşıdurma və ciddi qarışıqlıqla müşayiət olunub.
BAKU.WS xəbər verir ki, silahlı dəstələr şəhərin müxtəlif ərazilərində avtomobilləri yandıraraq azı 10 əsas yolu bağlayıblar.
Sosial şəbəkələrdə yayılan kadrlarda küçələrdə avtomobillərin və yanacaqdoldurma məntəqələrinin alovlandığı görünür. Beysbol oyunu zamanı atəş səslərinin eşidilməsi isə tamaşaçılar arasında təşvişə səbəb olub. İnsanlar təhlükəsiz ərazilərə qaçmağa çalışıblar.
Əməliyyat zamanı şəhər səmasında hərbi helikopterlərin hərəkət etdiyi, bəzi tikililərin atəşə tutulduğu da bildirilir.
Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuç əhalinin təhlükəsizliyini qorumaq məqsədilə Sinaloa ştatına hərbi qüvvələrin yerləşdirilməsinin davam etdiriləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir
Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Şəhərcik" adlanan ərazidə onlarla fərdi yaşayış evi var. Yeni yaşayış massivi olan ərazidə xeyli sayda vətəndaş yaşayır. Laki...