Hövsanda yollar bərbad vəziyyətdədir – Sakinlər şikayət edir, bələdiyyə sənədsiz evləri əsas gətirir
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Şəhərcik" adlanan ərazidə onlarla fərdi yaşayış evi var. Yeni yaşayış massivi olan ərazidə xeyli sayda vətəndaş yaşayır. Lakin burada yollar bərbad vəziyyətdədir.
Sakinlər gediş-gəliş zamanı ciddi çətinliklərlə üzləşirlər.
"Məsul şəxslər hara baxırlər, mən bilmirəm. Bərbad gündədir. Öz vəsaitimiz hesabına yolun düzəldilməsinə çalışırıq. Hər dəfə daş tökürük, düzəldirik, amma yenidən yağış yağanda əvvəlki vəziyyətinə qayıdır", - sakinlərdən biri Baku TV-yə deyib.
"Avtomobillərimiz sıradan çıxır. Artıq maşında salamat detal qalmayıb. Bütün sistemlər dağılıb. Bura girib-çıxmaq mümkün deyil", - başqa bir sakin söyləyib.
Hövsan bələdiyyəsinin sədr müavini Faiq Məmmədov isə bildirib ki, ərazidəki evlərin sənədləri olmadığı üçün sakinlər əmlak və torpaq vergisi ödəmirlər. Buna baxmayaraq, bələdiyyə imkanları daxilində onlara kömək göstərməyə çalışacaq.
"Bizə bu barədə dünən məlumat verilib. Həmin ərazilər zəbt olunmuş torpaqlar hesab olunur. Bəzi evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikildiyi üçün belə bir vəziyyət yaranıb. Sakinlərə dəfələrlə bildirmişik ki, heç olmasa, torpaq vergisini ödəməlidirlər. Çalışacağıq ki, onlara ən qısa zamanda kömək göstərək", - Faiq Məmmədov qeyd edib.
Oxşar xəbərlər
Qızıl, bank, yoxsa daşınmaz əmlak: Azərbaycanda pulu harada saxlamaq daha sərfəlidir?
Beş il əvvəl 1000 manata qızıl alsaydınız, bu gün həmin qızılın dəyəri 2200 manatdan çox olardı. Eyni məbləği səhmlərə yatırsaydınız, 800 manatadək, bank depozi...