Gəncədə 16 min azarkeşin izlədiyi "Kəpəz" – "Qarabağ" matçında qol vurulmadı

Gəncədə 16 min azarkeşin izlədiyi Kəpəz – Qarabağ matçında qol vurulmadı
İdman 2

Misli Premyer Liqasının XII turunda "Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul edib. Gəncə şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

BAKU.WS xəbər verir ki, təxminən 16 min azarkeşin tribunadan izlədiyi görüşdə komandalar fərqlənə bilməyiblər.

Oyundan əvvəl rəmzi ilk zərbəni Gəncə klubunun keçmiş futbolçusu, komandanın tarixi nailiyyətlərində mühüm rolu olan Mehman Allahverdiyev yerinə yetirib.

Bu nəticədən sonra "Qarabağ" 20 xalla turnir cədvəlində dördüncü, "Kəpəz" isə 18 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçlarında "İmişli" və "Zirə" 2:2 hesablı heç-heçə edib. "Sabah" "Sumqayıt"ı 5:1, "Turan Tovuz" "Şamaxı"nı 2:0, "Qəbələ" "Şəfa"nı 2:0, "Neftçi" isə "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər