"Neftçi" "Araz-Naxçıvan"ı məğlub edərək Premyer Liqada liderliyə yüksəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XII turunda "Neftçi" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.
BAKU.WS xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib.
Bakı komandasının heyətində Qustavo Klisman (19, 74) və Draqolyub Saviç (70) fərqləniblər Qonaqların futbolçusu Rüfət Abbasov (82) isə topu öz qapısına yollamaqla avtoqol müəllifi olub.
Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 27-ə çatdıraraq turnir cədvəlində vahid liderə çevrilib.
"Araz-Naxçıvan" isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.
Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" isə "Şəfa"nı (2:0) məğlub edib.
Oxşar xəbərlər
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəe...