Məşhur turizm bölgəsində güclü yanğın
Yeniliklərdən dərhal xəbərdar olun
Tanzaniyanın Zənzibar adasındakı Nunqvi kurortunda baş verən irimiqyaslı yanğın turizm obyektlərinə ciddi ziyan vurub. Hadisə nəticəsində yüzlərlə istirahətçi təhlükəsiz ərazilərə köçürülüb.
BAKU.WS xəbər verir ki, Hind okeanı sahilində başlayan alov qısa müddətdə yaxınlıqdakı hotellərə və digər obyektlərə keçib.
Yanğın zamanı altı yerləşmə obyekti zərər görüb. Onların arasında "Makofi Hotel", "Sandies Nungwi Beach", "Z Hotel", "Nungwi Garden Inn", "Pasha" və "Bravo Hotel" var.
Alov, həmçinin dörd restoranı və 40 ticarət obyektini tamamilə məhv edib.
Şahidlərin bildirdiyinə görə, bəzi hotellərdə dağıntılar nisbətən azdır və onların qısa müddətdə yenidən istifadəyə verilməsi mümkündür.
Hadisə ilə əlaqədar təxminən 200 turist təhlükəsiz yerə təxliyə olunub. Onlardan 183-ü yanğından daha çox zərər çəkmiş hotellərdə qaldığı üçün digər yerləşmə obyektlərinə köçürülüb.
Oxşar xəbərlər
Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurub
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 70 yaşlı kişi xəsarət alıb. BAKU.WS xəbər verir ki, hadisə rayonun Günəşli kəndi ərazisində qey...