Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır

Məhkəmədən BYD-yə qadağa: Bu modelinin Avropada satışı dayandırılır
Dünya 10

Çinin avtomobil istehsalçısı BYD şirkətinin "Ti7" modelinin Avropa İttifaqında satışına məhkəmə qərarı ilə qadağa qoyulub.

BAKU.WS xəbər verir ki, Haaqadakı məhkəmə avtomobilin dizaynının "Jaguar Land Rover" şirkətinin əqli mülkiyyət hüquqlarını poza biləcəyini əsas gətirib.

İddiaya görə, "Ti7" modelinin xarici görünüşü "Land Rover Defender" avtomobilinin dizayn elementlərinə bənzəyir. Qadağa Avropada satışla yanaşı, BYD-nin Macarıstandakı zavodunda bu modelin istehsalına da şamil edilib.

Qərar bir həftə sonra qüvvəyə minəcək. BYD isə məhkəmənin qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət avtomobilin dizaynının müstəqil hazırlandığını bildirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər