COP31-də yekun saziş üzrə yeni razılaşma layihəsi təqdim edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə və Avstraliya COP31 çərçivəsində yekun iqlim sazişinin yeni layihəsini təqdim ediblər. Yenilənmiş sənədin danışıqlarda iştirak edən ölkələr arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verəcəyi gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Antalyada keçirilən konfransın həmsədrləri tərəfindən hazırlanan yeni layihədə iştirakçı dövlətlərin əsas tələbləri nəzərə alınıb. Sənəddə xüsusilə qazıntı yanacaqlarından istifadə və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşması üçün maliyyə vəsaitinin ayrılması məsələlərinə yer verilib.
COP31-in sədri Murat Kurum bildirib ki, təqdim olunan mətn bütün tərəflərin qəbul edə biləcəyi təklifləri özündə birləşdirir. Onun sözlərinə görə, yenilənmiş layihə danışıqlarda səsləndirilən əsas narahatlıqları əhatə edir.
İki həftə davam edən konfransın cümə günü yekunlaşması nəzərdə tutulsa da, yekun sənədin məzmunu ilə bağlı ölkələr arasında razılığın əldə olunmaması danışıqların həftəsonuna qədər uzanmasına səbəb olub.
Yekun sazişin bazar günü təsdiqlənəcəyi gözlənilir.
AP-nin məlumatına görə, COP31 çərçivəsində ümumi razılığın əldə edilməsi beynəlxalq iqlim əməkdaşlığının davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Qəbul ediləcək sənəd ölkələrin istixana qazı emissiyalarının azaldılması istiqamətində gələcək öhdəliklərinin konkretliyini və məcburilik səviyyəsini müəyyənləşdirəcək.
Oxşar xəbərlər
SEPAH Bəhreyndə ABŞ-yə məxsus iki hərbi bazanı hədəfə alıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bəyan e...