Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır

Qəribabadi: İranla ABŞ arasında danışıqlar aparılmır
Dünya 2

İranla ABŞ arasında danışıqlar aparılmır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi jurnalistlərə açıqlayıb.

"Hələ danışıqlara başlanılmayıb. Buna görə də biz texniki detallar və müxtəlif məsələlərin müzakirəsinə keçə bilmərik", - o bildirib və əlavə edib ki, danışıqlar aparılacağı təqdirdə, texniki detallar da nəzərdən keçiriləcək.

Qəribabadinin sözlərinə görə, zənginlədirilmiş nüvə materialları heç bir halda ölkədən çıxarılmayacaq:

"Xarici işlər nazirinin (Abbas Əraqçi-red.) prinsipial mövqeyi ondan ibarətdir ki, zənginləşdirilmiş nüvə materialları heç bir halda ölkədən çıxarılmayacaq.

Əgər bu materialları xaricə göndərsək, öz ehtiyaclarımızı ödəməkdə çətinliklə üzləşəcəyik. Bu məsələ digər ölkələr üçün də eyni qaydada keçərlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər