Braziliyada güclü qasırğa: 3 nəfər ölüb, 60-dan çox insan yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyada güclü qasırğa nəticəsində 3 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.
Təbii fəlakət ölkənin cənubunda, Rio-Qrande-du-Sul ştatının Tupansiretan bələdiyyəsində baş verib. Yerli Mülki Müdafiə Xidmətinin məlumatına görə, qasırğa nəticəsində təxminən 8 min yaşayış binasına ziyan dəyib. Küləyin sürəti saatda 114 kilometrə çatıb.
Güclü külək yerli xəstəxananın damını uçurub, ətrafdakı ağacları aşırıb. Xəstəxanaya girişin çətinləşməsi səbəbindən 11 xəstə qonşu bələdiyyələrdəki tibb müəssisələrinə təxliyə edilib.
Qasırğa nəticəsində şəhərdə elektrik və su təchizatı, həmçinin telefon və internet əlaqəsi də kəsilib.
Oxşar xəbərlər
Rusiyada hovuzda xlor sızması: 15 nəfər zəhərləndi
Rusiyanın Xabarovsk şəhərində hovuzda xlor sızması nəticəsində 15 nəfər xəsarət alıb. BAKU.WS xəbər verir ki, hadisə Korolyov küçəsində yerləşən hovuzda baş ver...