Polis yola çıxan sürücülərə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə nasaz avtomobillə yola çıxmamağı tövsiyə edib.
Bu barədə BAKU.WS-ə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, yollarda hərəkət intensivliyinin artması qəza riskinin yüksəlməsinə təsir göstərir. Hazırda mövsüm üçün xarakterik olan qeyri-sabit hava şəraiti fonunda bu ehtimal daha da çoxalır:
"Həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artması, bu mənada sürücülərdən xüsusilə məsuliyyətli olmağı tələb edir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur".
BDYPİ xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Oxşar xəbərlər
Dövlət Xidməti: Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması ilə bağlı məlumatlar təhrif olunub
Mediada Azərbaycan Uşaq Fondunun yerləşdiyi "Hökumət evi"ndən çıxarılması ilə bağlı yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir. BAKU.WS xəbə...