Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.
Bu barədə BAKU.WS-ə Bakı Metropolitenindən bildirlib.
Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.
Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.
"Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar?
2025-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 445 xəstələnmə halı qeydə alınıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, b...