Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən xəbərə görə, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak edib.
Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.
Qalereya
Oxşar xəbərlər
Məşhur futbolçu finaldan sonra müsahibə zamanı huşunu itirib
Argentinanın "Boka Xuniors" klubunun futbolçusu Leandro Paredes komandasının Cənubi Amerika Kubokunun finalında qazandığı qələbədən sonra jurnalistlərə açıqlama...