Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fars körfəzində hərbi qarşıdurmanın genişlənməsi Hörmüz boğazında gəmiçiliyə ciddi təsir göstərib. Son yeddi gün ərzində bölgədə azı 25 neft tankerinin hücuma məruz qaldığı bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumata əsasən, hadisələr ABŞ-nin İrana qarşı dəniz blokadasını və iqtisadi məhdudiyyətləri davam etdirdiyi dövrdə baş verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki ABŞ hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb. Tehran hücumlar zamanı iki "Patriot" hava hücumundan müdafiə sisteminin radarının sıradan çıxarıldığını iddia edib.
Bəhreyn rəsmiləri isə İranın zərbələri nəticəsində mülki sənaye müəssisəsində yanğın baş verdiyini təsdiqləyiblər.
İran tərəfi ABŞ-yə məxsus F-16 qırıcısını zədələdiyini də irəli sürüb. Lakin ABŞ Mərkəzi Komandanlığı bu iddianı rədd edib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) statistikasına görə, noyabrın 12-18-də boğazdan 263 gəmi keçib. Bu göstərici əvvəlki həftədən 15 faiz aşağıdır. Eyni dövrdə neft tankerlərinin sayı 52-dən 37-yə enib.
Ekspertlərin fikrincə, İran hərbi təzyiqi gücləndirməklə ABŞ-ni dəniz blokadasını dayandırmağa məcbur etməyə çalışır.
Quincy İnstitutunun vitse-prezidenti Trita Parsi xəbərdarlıq edib ki, Vaşinqtonun blokadanı davam etdirməsi regionda qarşıdurmanın daha da genişlənməsi təhlükəsini artırır.
ABŞ Prezidenti Donald Tramp isə İranla nüvə silahı əldə etməsini istisna edən uzunmüddətli razılaşma imzalamaq istədiyini bildirib.
Oxşar xəbərlər
Qalibaf: ABŞ hərbi yolla məqsədinə çata bilməyəcəyini anlayıb
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ 40 günlük müharibəyə bənzər hərbi qarşıdurma ilə İrana qarşı istədiyi nəticəni əldə edə bilməyə...