Almaniyada kilsədə dəm qazı sızdı: 19 nəfər zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Bavariya əyalətində yerləşən kilsələrdən birində dəm qazı sızması nəticəsində 19 nəfər zərər çəkib. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
BAKU.WS xəbər verir ki, hadisə Allqoy bölgəsinin Bad-Qrönenbax şəhərində qeydə alınıb.
"Blue News"un məlumatına əsasən, hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Ərazidə genişmiqyaslı xilasetmə tədbirləri həyata keçirilib.
İlkin ehtimallara görə, dəm qazının yayılmasına kilsənin istilik sistemində yaranan texniki nasazlıq səbəb olub.
Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisənin dəqiq başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Hörmüz boğazında gərginlik artır: Bir həftədə 25 tanker hücuma məruz qalıb
Fars körfəzində hərbi qarşıdurmanın genişlənməsi Hörmüz boğazında gəmiçiliyə ciddi təsir göstərib. Son yeddi gün ərzində bölgədə azı 25 neft tankerinin hücuma m...