Belçikada hava nəqliyyatı dayanmaq üzrədir: Uçuşlara ciddi məhdudiyyət qoyulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Belçikada hava hərəkəti dispetçerlərinin ümummilli tətilə qoşulması noyabrın 23-də ölkə üzrə aviareyslərin həyata keçirilməsində ciddi fasilələrə səbəb olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə hava hərəkətinin idarə olunmasına cavabdeh olan "Skeyes" şirkəti açıqlama yayıb.
Məlumata əsasən, dispetçerlər hökumətin qənaət tədbirlərinə etiraz olaraq təşkil edilən tətilə qatılacaqlar. İşçi çatışmazlığı səbəbindən hava məkanında uçuşların adi qaydada idarə edilməsi mümkün olmayacaq.
Şirkət bildirib ki, yerli vaxtla saat 07:00-dan 21:00-dək hava limanlarında və onun nəzarətində olan hava məkanında standart dispetçer xidmətləri dayandırılacaq.
Həmin müddətdə yalnız fövqəladə vəziyyətlərlə bağlı və uçuş təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyan reyslərə minimum xidmət göstəriləcək.
Qeyd edək ki, bu, son 11 ayda Belçikanın hava nəqliyyatına təsir edən 11-ci tətil olacaq.
Sərnişinlərə uçuşların ləğvi və ya gecikməsi ilə bağlı məlumatları əvvəlcədən aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə edilib.
Oxşar xəbərlər
İranda elektrik enerjisi ilə bağlı ciddi problem: Ölkə üzrə fasilələr başlayacaq
İranda elektrik stansiyalarının yanacaq təminatında yaranan çətinliklər və enerji istehlakının artması səbəbindən noyabrın sonlarından etibarən planlı elektrik...