ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı

ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı
Dünya 4

ABŞ-nin Kaliforniya ştatında keçirilən özəl əyləncə məclisi zamanı silahlı insident baş verib. Hadisə nəticəsində azı doqquz nəfər xəsarət alıb.

BAKU.WS xəbər verir ki, bu barədə "ABC News KFSN" telekanalı yerli şerif idarəsinin məlumatına əsasən xəbər yayıb.

Atışma şənbə günü axşam saatlarında Tulare dairəsinin Stratmor şəhərində təşkil olunan və təxminən 100 nəfərin qatıldığı məclisdə qeydə alınıb.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Onlardan ikisinin səhhətinin ağır olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır. Xəsarət alanların yekun sayı dəqiqləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər