TikTok-un məşhur qarğıdalı satıcısına bir neçə saniyədə 21 min manatlıq HƏDİYYƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə TikTok yayımları ilə məşhurlaşan və "Yaraşıqlı qarğıdalı satıcısı" kimi tanınan Alper Temelə canlı yayım zamanı külli miqdarda virtual hədiyyə göndərildiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.
İddialara əsasən, izləyicilərdən biri Temelin canlı yayımına qoşularaq ona ardıcıl şəkildə 15 "Galaxy" və 30 "Şir" adlı virtual hədiyyə göndərib.
Bildirilir ki, cəmi bir neçə saniyə ərzində göndərilən hədiyyələrin ümumi dəyəri 615 min Türkiyə lirəsi, yəni təxminən 21 min manat təşkil edib.
Qeyd edək ki, Alper Temel sosial şəbəkələrdə qazandığı populyarlıq sayəsində xarici ölkələrdə də tanınıb. Hətta bəzi pərəstişkarları onunla görüşmək üçün Türkiyəyə səfər edirlər.
Oxşar xəbərlər
ABŞ-də əyləncə məclisində atışma: 9 nəfər yaralandı
ABŞ-nin Kaliforniya ştatında keçirilən özəl əyləncə məclisi zamanı silahlı insident baş verib. Hadisə nəticəsində azı doqquz nəfər xəsarət alıb. BAKU.WS xəbər v...