Bakıda və rayonlarda sabah külək güclənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü
Hacıqabulda 45 yaşlı kişi kanalizasiya quyusuna düşərək ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1981-ci il təvəllüdlü Namiq Babaye...