Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Qaradağ rayonunda bir neçə qəsəbə və küçədə avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, layihə Qaradağ Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçiriləcək.
İşlər çərçivəsində köhnəlmiş asfalt örtüyünün yenilənməsi, yol əsaslarının bərpası və ayrı-ayrı ərazilərdə profil düzəldilməsi həyata keçiriləcək. Bu məqsədlə 832 531,30 manat vəsait nəzərdə tutulub.
Təmir işlərinin əsas hissəsi Sahil qəsəbəsini əhatə edir. Belə ki, Z. Qasımov küçəsinin 37, 37A, 41, 41A, 43 və 43A nömrəli ünvanlarında asfalt örtüyünün üst qatının frezerlənməsi, yol səthinin hazırlanması və yeni əsas qatının qurulması planlaşdırılır.
Bununla yanaşı, Sahil qəsəbəsində R. Rzayev küçəsi 20 ünvanında, Emin Quliyev küçəsinin 35, 35A və 35C nömrəli ünvanlarında da yol işlərinin aparılması nəzərdə tutulur.
Proqram çərçivəsində Qobustan qəsəbəsində Akif Zeynalov küçəsində, Lökbatan qəsəbəsində isə şəhid Cəlal Xankişi oğlu Abdullayev adına küçədə və Seymur Orucov küçəsi 44 ünvanının ətrafında da təmir işləri planlaşdırılıb.
Qeyd edək ki, yol örtüyünün əsaslı şəkildə bərpası həmin ərazilərdə nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə, avtomobillərin hərəkəti zamanı yaranan çətinliklərin azalmasına xidmət edəcək.
Oxşar xəbərlər
Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi
Şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzl...