Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir

Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir
Sosial 10

Prokurorluq orqanlarına qulluğa qəbul üzrə 30 vakant ştat vahidi üçün keçirilən müsabiqənin yazılı imtahanında 133 namizəd iştirak edir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqənin yazılı imtahan mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, prokurorluq orqanlarına qulluğa qəbul üzrə sayca 28-ci müsabiqədir:

"Birinci mərhələ olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli keçirilib. Test imtahanında uğur qazanan namizədlər yazılı mərhələyə buraxılıblar. Müsabiqənin üçüncü mərhələsi müsahibədir".

Heydər Məmmədov qeyd edib ki, bu il prokurorluğa qulluğa qəbul qaydalarında dəyişiklik edilməyib. Onun sözlərinə görə, müsabiqə şəffaf və bütün namizədlərə bərabər imkanların yaradılması prinsipi əsasında keçirilir.

"Kadr siyasətinin əsas məqsədlərindən biri yüksək nəzəri biliklərə malik istedadlı gəncləri müəyyənləşdirmək və dövlətçiliyə sədaqəti ilə seçilən yeni nəsil hüquqşünaslar yetişdirməkdir", - məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər