Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub

Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub
Dünya 10

Ermənistanda yeni Konstitusiyanın layihəsi dərc edilib.

BAKU.WS xəbər verir ki, sənəd ölkənin Baş naziri Nikol Paşinyanın paylaşdığı xüsusi internet saytında ictimaiyyətə təqdim olunub.

Paşinyan Telegram kanalında yayımladığı müraciətində yeni Konstitusiya layihəsini təqdim etməkdən məmnun olduğunu bildirib.

"Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini sizə təqdim etməkdən məmnunam. Sənəd bunun üçün xüsusi yaradılmış internet saytında yerləşdirilib. Bu, sizin Konstitusiyanızdır", - deyə Paşinyan qeyd edib.

Layihənin preambulasında bildirilir ki, Ermənistan xalqı dövlətçiliyin qorunub saxlanılması və inkişaf etdirilməsi, eləcə də beynəlxalq səviyyədə tanınmış ərazilər daxilində müstəqil, sülhsevər, təhlükəsiz və rifah içində yaşayan dövlətin qurulması məqsədilə yeni Konstitusiya qəbul edir.

Sənəddə həmçinin dövlətin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanır. Konstitusiya respublikanın daxili və xarici münasibətlərinin əsas prinsiplərini müəyyən edən kollektiv razılaşma kimi təqdim olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər