Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI

Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI
Dünya 4

Meksikanın Sinaloa ştatında narkokartel rəhbəri Fausto İsidoronun tutulması məqsədilə keçirilən əməliyyat Quasave şəhərində silahlı qarşıdurma və ciddi qarışıqlıqla müşayiət olunub.

BAKU.WS xəbər verir ki, silahlı dəstələr şəhərin müxtəlif ərazilərində avtomobilləri yandıraraq azı 10 əsas yolu bağlayıblar.

Sosial şəbəkələrdə yayılan kadrlarda küçələrdə avtomobillərin və yanacaqdoldurma məntəqələrinin alovlandığı görünür. Beysbol oyunu zamanı atəş səslərinin eşidilməsi isə tamaşaçılar arasında təşvişə səbəb olub. İnsanlar təhlükəsiz ərazilərə qaçmağa çalışıblar.

Əməliyyat zamanı şəhər səmasında hərbi helikopterlərin hərəkət etdiyi, bəzi tikililərin atəşə tutulduğu da bildirilir.

Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuç əhalinin təhlükəsizliyini qorumaq məqsədilə Sinaloa ştatına hərbi qüvvələrin yerləşdirilməsinin davam etdiriləcəyini açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər