Ələtdə yeni hava limanının açılacağı tarix bilindi

Ələtdə yeni hava limanının açılacağı tarix bilindi
Sosial 28

"Ələt Azad İqtisadi Zonasında inşa edən hava limanı 2027-ci ilin ortalarında istifadəyə veriləcək".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan - İtaliya Biznes Forumunda deyib.

O bildirib ki, "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub:

"Bu layihə üçün Araz İqtisadi Zonasının səlahiyyətli qurumu 750 hektar ərazi ayrılıb. Hava limanının tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və artıq gələn il beynəlxalq daşımalara açıq olacaq. İlkin mərhələdə bu hava limanın daşınma qabiliyyəti ildə 500 min ton olacaq və addım-addım bu 2 milyon tona qədər çatdırılacaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər