Neft bazarında ucuzlaşma: "Brent" 89 dollardan aşağı düşdü

Neft bazarında ucuzlaşma: Brent 89 dollardan aşağı düşdü
İqtisadiyyat 8

Dünya bazarlarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 89 dollardan aşağı enib.

BAKU.WS xəbər verir ki, Londonun "ICE" birjasında aparılan ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin yanvar ayı üzrə fyuçerslərinin qiyməti 0,5% geriləyərək 88,92 dollara düşüb.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə "WTI" markalı neftin yanvar ayı üzrə fyuçersləri 0,5% ucuzlaşıb. Nəticədə bir barelin qiyməti 79,77 dollar təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər