Hörmüz boğazında partlayışlar: üç tanker yanıb

Hörmüz boğazında partlayışlar: üç tanker yanıb
Dünya 10

Hörmüz boğazında üç neft tankerinin dəniz minalarına düşərək partladığı və alova büründüyü iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, tankerlərdən biri boğazın cənub marşrutu ilə hərəkət edərkən, digər iki gəmi isə şərq hissəsində insidentlə üzləşib. Bildirilir ki, həmin iki tanker ABŞ hərbi qüvvələrinin hava mühafizəsi və müşayiəti altında hərəkət edirmiş.

İran tərəfi gəmilərin dəniz minalarına toxunması nəticəsində partlayışların baş verdiyini və yanğının başladığını açıqlayıb.

Məlumata əsasən, SEPAH ABŞ hərbi qüvvələrinin tankerləri müşayiət etməsinə baxmayaraq, insidentlərin qarşısını ala bilmədiyini bildirib.

Hələlik tankerlərin adları, ekipaj üzvlərinin taleyi və mümkün xəsarətlərlə bağlı ətraflı məlumat açıqlanmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər