Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın tanınmış zərgəri, dünyaca məşhur "Bvlgari" brendinin İdarə Heyətinin sədri Paolo Bulqari 89 yaşında həyatını itirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İtaliyanın paytaxtı Romada vəfat edib. Ölüm xəbərini ailəsi ictimaiyyətə açıqlayıb.
1984-cü ildən şirkətə rəhbərlik edən Bulqari ailə biznesinin beynəlxalq lüks brendə çevrilməsində mühüm rol oynayıb.
1937-ci ildə Romada dünyaya gələn Paolo Bulqari 1960-cı ildə ailə şirkətində fəaliyyətə başlayıb. O, qardaşı Nikola və qohumu Françesko Trapani ilə birlikdə brendin dünya bazarına çıxmasına böyük töhfə verib.
Onun rəhbərliyi dövründə "Bvlgari" yalnız zinət əşyaları ilə deyil, saat, ətir, dəri məmulatları və hotelçilik sahələrində də fəaliyyətini genişləndirib.
Brendin məşhur müştəriləri arasında Elizabet Teylor, Odri Hepbern, Merilin Monro, Sofi Loren, Rihanna və Zendaya kimi dünya ulduzları yer alıb.
2011-ci ildə Bulqari ailəsi şirkətin səhmlərinin nəzarət paketini təxminən 3,7 milyard avroya Fransanın LVMH qrupuna satıb.
Qeyd edək ki, Paolo Bulqarinin dəfn mərasimi noyabrın 23-də Romadakı Santa Kroçe in Cerusalemme bazilikasında keçiriləcək.
Oxşar xəbərlər
Tramp: Huanqın "Nvidia"ya qayıdışı düzgün qərardır
"Nvidia"nın Direktorlar Şurası Censen Huanqı baş icraçı direktor vəzifəsinə geri qaytarmaqla düzgün qərar qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki...