Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda mağazalardan oğurluq edən iki nəfər saxlanılıb.
BAKU.WS xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən üç mağazadan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Araşdırma zamanı müəyyən edilib ki, tikinti materiallarının satıldığı mağazadan və digər ticarət obyektindən nağd pul vəsaiti, təmir-tikinti avadanlıqları və digər əşyalar oğurlanıb. Xəzər rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törədən və Binə qəsəbəsi sakini olan iki nəfər müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
74 yaşlı qadının məhkəmə istintaqı yenidən başlayır
Bakıda torpaq sahəsini qanunsuz zəbt etməkdə və oğurluqda təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. BAKU.WS Oxu...