İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı
Yeniliklərdən dərhal xəbərdar olun
İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxsi polis saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Abşeron rayonunda qeydə alınan hadisə üzrə zərərçəkən "Toyota" markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2 min manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq tutulub. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir...