Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı

Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı
Dünya 6

Ukraynanın paytaxtı Kiyev yaxınlığında Rusiyanın hücumu nəticəsində dağılan yaşayış binasının qalıqları altından 7 yaşlı oğlan uşağı 14 saat sonra sağ xilas edilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kiyev vilayətinin Dımer kəndində baş verib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, xilasedicilər uzun sürən axtarışlardan sonra azyaşlını dağıntılar altından çıxara biliblər. Xəstəxanaya yerləşdirilən uşağın vəziyyətinin stabil olduğu bildirilir.

Yerli hakimiyyət orqanlarının açıqlamasına əsasən, bazar günü səhər saatlarında həyata keçirilən hücum nəticəsində altı nəfər həyatını itirib, daha altı nəfər yaralanıb.

Bildirilir ki, yaşayış binası yerli vaxtla saat 05:00 radələrində, sakinlər yatarkən vurulub.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisə yerində 130-dan çox xilasedicinin çalışdığını açıqlayıb. Onun sözlərinə görə, hava hücumu xəbərdarlıqları axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirir.

Hazırda dağıntılar altında qala biləcək digər şəxslərin tapılması istiqamətində işlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər