Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərdə isə arabir qar yağıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 23-də saat 11:00-a olan məlumatında qeyd edilib.
Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 7, Laçında 4, Qubadlı və Şahdağda 3 sm-dir.
Düşən yağıntının miqdarı Daşkəsən və Ordubadda 11, Sədərəkdə 10, Tərtər və Gədəbəydə 9, Ağdam, Yardımlı və Şahbuzda 8, Şamaxıda 7, Göygöl, Bərdə, Göyçay, İsmayıllı və Şərurda 6, Culfada 5, Qobustan, Qrız və Xaltanda 4, Biləsuvar, Şabran, Xınalıq, Altıağac, Lənkəranda 3, Lerik, Ağstafa, Sarıbaş (Qax), Gəncə, Naftalan, Goranboy, Naxçıvan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Qəbələ, Şəmkir, Tovuz, Zaqatala, Şəki, Qusar, Mingəçevir, Astara, Yevlaxda 1 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 19, Daşkəsən və Naftalanda 18 m/s-dək güclənib.
Oxşar xəbərlər
Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir?
Yüksək arterial təzyiqi olan şəxslərə səhər yeməyini oyandıqdan 30-60 dəqiqə sonra qəbul etmək məsləhət görülür. Mütəxəssislərin fikrincə, bu vərdiş qanda şəkər...