Tramp "Nvidia" rəhbərinin üç yeni çip hazırlamaq istədiyini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Nvidia"nın baş direktoru vəzifəsinə bərpa edilmiş Censen Huanq artıq üç yeni çipin hazırlanması üzərində düşünür.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "CNBC" telekanalının efirində bildirib.
"O, artıq növbəti üç çip barədə düşünür. Heç kim bunu belə etmir. O hamını o qədər qabaqlayır ki, belə bir istedadı itirmək ölkəmiz üçün rüsvayçılıq olardı", - ABŞ lideri bildirib.
O həmçinin qeyd edib ki, Huanqın vəzifəsinə qayıtması məsələsini Vaşinqton administrasiyasının bir sıra nümayəndələri ilə, o cümlədən vitse-prezident Cey Di Venslə müzakirə edib.
Xatırladaq ki, Censen Huanq Çinin xeyrinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ilə bağlı qalmaqal fonunda noyabrın 12-də "Nvidia"nın baş direktoru və prezidenti vəzifələrindən ayrılıb, həmçinin şirkətin Direktorlar Şurasından çıxıb. Çin Xarici İşlər Nazirliyi bu qadının Çin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.
Daha əvvəl isə "Nvidia"nın Direktorlar Şurası Censen Huanqı şirkətin prezidenti və baş direktoru vəzifəsinə bərpa edib.
Oxşar xəbərlər
Merts Avropanın Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Avropa Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiya ilə danışıqlara hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mer...