Çempionlar Liqasında "Sabah"la qarşılaşacaq "Barselona" Bakıya gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Sabah"la UEFA Çempionlar Liqasının oyununda üz-üzə gələcək İspaniyanın "Barselona" komandası Bakıya gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi Bakıya səfəri çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Son ölkə çempionunun baş məşqçisi Hans-Diter Flik dörd futbolçu - Rodri, Xavi Espart, Andreas Kristensen və Lamin Yamalın xidmətindən yararlana bilməyəcək.
"Barselona"nın Bakıya gətirdiyi futbolçular: Joan Qarsiya, Juan Kanselu, Alexandro Balde, Brayan Farinyas, Pau Kubarsi, Qavi, Fermin Lopes, Pedri, Qabriel Jezus, Rafinya, Voytsex Şesnı, Karim Adeyemi, Entoni Qordon, Jerar Martin, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Jül Kunde, Erik Qarsiya, Dominik Livakoviç, Cessi Bisivu, Aleks Kampos.
Xatırladaq ki, Liqa mərhələsinin V turunun "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb
FIFA 2031 və 2035-ci illərdə qadınlar arasında keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb. BAKU.WS xəbər verir ki, bununla bağlı q...