Sumqayıtda 18 milyon manatlıq yeni şüşə istehsalı layihəsi həyata keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən vərəqə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketi (İGU) halına salınması layihəsi həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Belə ki, "Azerfloat Processing" MMC-yə agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
İnvestisiya dəyəri 18 milyon manat olan layihə çərçivəsində ildə 1,59 milyon kvadratmetr vərəqə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketi (İGU) halına salınması layihəsi həyata keçiriləcək.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın əsas məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə vermək və sənaye sahəsində məşğulluğu artırmaqdır.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən çox iş yeri yaradılıb.
Oxşar xəbərlər
Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti
Milli Məclis "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə düzəlişlər edilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul edib. BAKU.WS Oxu.Az-a istinadə...