"TikTok"da valideyn nəzarəti gücləndirilir – Yeni funksiyalar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
"TikTok" sosial şəbəkəsi yeniyetmələrin təhlükəsizliyini təmin etmək məqsədilə "Ailə ayarları" funksiyasını yeniləyib.
BAKU.WS xəbər verir ki, bu barədə platformanın rəsmi saytında noyabrın 23-də məlumat yayımlanıb.
Yenilik sayəsində valideynlər övladlarının platformada keçirdikləri vaxtı, gecə saatlarındakı aktivliyini, izlədikləri və blokladıqları hesabları, maraq göstərdikləri mövzuları, həmçinin açıq video paylaşımlarının baxış sayını izləyə biləcəklər.
Növbəti aylarda valideynlərə övladlarının platformada kimlərlə yazışdığını görmək imkanı da yaradılacaq.
Bütün məlumatlar gündəlik yenilənəcək. Funksiyadan veb-brauzer vasitəsilə də istifadə etmək mümkün olacaq.
Bundan əlavə, "TikTok" yeniyetmələrin özünə zərərvermə ilə bağlı məzmunları təkrar axtarması halında valideynlərə xəbərdarlıq göndərəcək sistem hazırlayır. Bildirişlərlə yanaşı, mütəxəssislərin tövsiyələri də təqdim ediləcək.
Platforma müəllimlər üçün rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə xüsusi bələdçi də hazırlayıb.
Digər yenilik isə süni intellektlə bağlıdır. "TikTok" istifadəçilərin görüntülərindən onların razılığı olmadan istifadə edildiyi süni intellekt məzmunlarını aşkarlayan "Likeness Detection" alətinin dünya üzrə mərhələli tətbiqinə başlayıb.
Həmçinin istifadəçilər "TikTok" hesabına sahib olmadan da foto və videoların platformanın süni intellekt alətləri ilə hazırlanıb-hazırlanmadığını yoxlaya biləcəklər.
Oxşar xəbərlər
Hörmüz boğazında partlayışlar: üç tanker yanıb
Hörmüz boğazında üç neft tankerinin dəniz minalarına düşərək partladığı və alova büründüyü iddia olunur. BAKU.WS xəbər verir ki, bu barədə İran İslam İnqilabı K...