Bakıda 10 yaşlı qızın faciəli ölümü – Top arxasıycan qaçdı, maşın vurdu

Bakıda 10 yaşlı qızın faciəli ölümü – Top arxasıycan qaçdı, maşın vurdu
VİDEO
Video 14

Bakının Lökbatan qəsəbəsində 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 22-də saat 13:00 radələrində qəsəbə ərazisində yerləşən yaşayış zonalarından birində baş verib.

Yaşıdları ilə oynayan azyaşlı meydançadan kənara düşən topu götürmək üçün yolun hərəkət hissəsinə qaçıb. Yaşayış zonasında müəyyən edilmiş sürət həddini aşdığı ehtimal olunan sürücü uşağı görməyərək onu vurub. Nəticədə 10 yaşlı qız həyatını itirib.

BDYPİ bu kimi faciələrin qarşısının alınması üçün yaşayış zonalarında sürücü və piyadaların qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etmələrinin vacibliyini vurğulayıb.

İdarə xüsusilə sürücüləri yaşayış ərazilərində sürət həddinə əməl etməyə, daha diqqətli və ehtiyatlı olmağa, piyadaların təhlükəsizliyini nəzərə almağa çağırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər