Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
25
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlu itkin düşüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri şəxsin axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
Oxşar xəbərlər
Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO
Yasamal rayonu ərazisində naməlum şəxslərin hüquqazidd hərəkətləri ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb. BAKU.WS-in məlumatına görə, polis tə...