"50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı

50 qəpiklik moyka aparatından  oğurluq edənləri polis saxladı
Hadisə 8

Binəqədi rayonunda müxtəlif vaxtlarda dörd avtomobildən sürətlər qutusunun "beynini", radiator, elektrik naqilləri və iki akkumulyator oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluqları edən 46 yaşlı E.Günəşov saxlanılıb.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, araşdırma zamanı onun rayondakı evlərdən birindən də məişət əşyaları oğurladığı məlum olub.

Rayonda qeydə alınan digər hadisə isə avtoyuma məntəqəsində baş verib. Avtomobilini "50 qəpiklik moykada" yuduzduran şəxs daha sonra ödəniş terminalını sındıraraq içindəki pulu götürüb. Polis bu əməli törədən 43 yaşlı S.Hüseynovu müəyyən edərək saxlayıblar.

Hər iki fakt üzrə araşdırma davam edir.

Son xəbərlər