Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda kişinin sevgilisinin adına kredit götürməsi qadınlar arasında davaya səbəb olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektindəki marketin arxa hissəsindəki kafedə baş verib.
Rayon sakini Camal və həmyerlisi Xəyalə adlı xanım sevgili olublar. Onlar bir müddət yaxın münasibətdə olduqdan sonra Camal bankdan kredit götürmək istəyib. O bu məqsədlə sevgilisinə müraciət edib və onun adına kredit götürməyə razılıq alıb.
Qadın öz adına kredit götürərək ona verib. Bir müddətdən sonra Camal həmin qadından ayrılıb və kafedə işləyən Sevda adlı xanımla tanış olub. Bundan xəbər tutan Xəyalə həmin kafeyə gedib və Camalın onun adına kredit götürdüyünü, pulu ödəmədiyini bildirib. Nəticədə qadınlar arasında mübahisə yaranıb, Sevda Xəyaləni yumruq və təpiklə döyərək, ona bədən xəsarətləri yetirib.
Hadisə yerinə polis əməkdaşları gediblər və Sevda saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmədə qadınlar arasında barışıq elan olunduğuna görə cinayət işinə xitam verilib.
Oxşar xəbərlər
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir
Azərbaycanda içlərində hərbçilər də olmaqla, ümumilikdə 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxs...