Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb

Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb
Hadisə 6

Şirvan sakini əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həmdül Tahir oğlu Abdullazadənin özünün bildirdiyinə görə, onun əlində ov tüfənginin patronu partlayıb.

Nəticədə o, sol əlindən aldığı çoxsaylı ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun əlində ixtisaslaşmış cərrahi əməliyyatın aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 5 hərbçi həyatını itirib....

56 Hadisə 22:34 24 noyabr 2026

Son xəbərlər