Tanınmış türkiyəli müğənni yol qəzasında həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin rok və metal musiqisinin tanınmış simalarından olan Asena Özçətin 53 yaşında vəfat edib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, sənətçi yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Onun ölüm xəbərini solisti olduğu "Karakedi" qrupu açıqlayıb. Qəzanın təfərrüatları barədə hələlik rəsmi məlumat verilməyib.
Asena Özçətin 1973-cü il mayın 14-də İstanbulda anadan olub. 30 ildən artıq musiqi karyerası ərzində "Karakedi", "Cats" və "Dragonborn" qruplarının solisti kimi fəaliyyət göstərib.
Sənətçi "Uçurumlar Arasında" albomu, "Yeter Ki Susma", "Bana Kalan", "Kanatlar", "Kimse Bilmez" və "Son Sözüm" kimi mahnıları ilə tanınıb.
Oxşar xəbərlər
Jiva Tünzalə Ağayevanın repertuarına müraciət etdi - VİDEO
Avroviziya təmsilçimiz Jıva Xalq artisti Tünzalə Ağayevanın bəstəsi olan "Sən olmasaydın" mahnısını ifa edib. BAKU.WS xəbər verir ki, mahnı sosial şəbəkələrdə b...